Yuxarı

"Google" şirkəti hissələrə bölünüb

Şirkət yeni idarəçilik formasına keçib

Bakı. 11 avqust. REPORT.AZ/ Texnologiya nəhəngi “Google” şirkəti bundan sonra fəaliyyətini "Alphabet" (Əlifba) adıyla qurduğu yeni şirkətdə davam etdirəcək.

“Report”un xarici mediaya istinadən verdiyi xəbərə görə, “Google” idarəçisi və qurucu ortağı Lari Peyc (Larry Page) açıqlamasında yeni şirkətin adının "Alphabet" olduğunu və özünün də bu yeni şirkətin idarəçilərindən biri olduğunu bildirib. “Google”ın digər qurucusu Sergey Brin isə yeni şirkətin başçısı olacaq.

L.Peyc yeni sistemdə bir-biri ilə çox da əlaqəli olmayan hissələrin bir-birindən ayrı, müstəqil bir formada idarə ediləcəyini deyib.

"Alphabet" adı altında hər biri əlifbanın bir hərfini təmsil edilən şirkətlər var. Məsələn, G hərfi “Google”ı təmsil edir. “CALICO”, “Fiber”, “X”, “Life Sciences”, “Nest” bunlardan bəziləridir. “Google” bu şirkətlər içində axtarış, xəritə, “YouTube”, “Android”, reklam və tətbiqlərdən məsul şirkət olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi