Yuxarı

“Google” istifadəçilərin maliyyə məlumatlarını toplayacaq

“Android Pay” və “Google Wallet” pulköçürmələri sistemindən istifadə edənlərin maliyyə informasiyası emal ediləcək

Bakı. 2 iyul. REPORT.AZ/ ABŞ-ın “Google” internet şirkəti ödəniş əlavələri ilə bağlı informasiyanı izləmək üçün ayrıca servis yaradacaq. “Report”un məluatına görə, bu barədə “Payspacemagazine” yazır. 

“Google Payments” adlanan yeni xidmət mağazalarda alış-verişin ödənişi üçün “Android Pay” servisindən və “Google Wallet” pul köçürmələri sistemindən istifadə edən istifadəçilərin maliyyə informasiyasını emal edəcək.

Şirkət nümayəndəsi qeyd edib ki, "Google" ödənişlərlə əlaqədar yeni məhsul istifadəyə verməyə hazırlaşır. İstifadəçilərin ödənişləri izləyə biləcəkləri “Google” akkauntuna bağlı “payments.google.com” saytı yaradılacaq.

“Google Payments” servisində istifadəçilərin həyata keçirdikləri əməliyyatlar, hər hansı ödəniş kartının istifadə müddətinin başa çatması ilə bağlı mühüm məlumatlar təsvir olunacaq. Saytda istifadəçilər funksiyaları dəyişə və öz hesablarını idarə edə biləcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi