​"Google Domains" servisi istifadəyə verilib

​"Google Domains" servisi istifadəyə verilib Bu xidmət istifadəçilərə saytların yaradılması, qiymətlərin müqayisəsi, korporativ bloqların sinxronlaşdırılması imkanları verir
İKT
15 Yanvar , 2015 12:02
​Google Domains servisi istifadəyə verilib

Bakı. 15 yanvar. REPORT.AZ/ "Google" internet şirkəti ABŞ-da bütün arzu edənlər üçün domen adlarının qeydiyyatı üzrə "Google Domains" servisini istifadəyə verib.

"Report" Rabitə və Yüksək Texnolgiyalar Nazirliyinə istinadən xəbər verir ki, "Google"un ilk dəfə ötən ilin iyununda təqdim etdiyi "Google Domains" əvvəlcə sınaq rejimində işə salınıb. O zaman xidmətlərdən istifadə yalnız dəvətlə həyata keçirilib. Hazırda isə bundan ABŞ-ın bütün sakinləri yararlana bilər.

Şirkət nümayəndələrinin sözlərinə görə, yeni xidmət biznes təşkilatlarına saytın yaradılması üçün orijinal domen adı tapmaq və almağa kömək edəcək. "Google Domains" istifadəçilərə saytların yaradılması üçün nümunələr, məhsul qiymətlərinin müqayisəsi üçün alətlər, saytın idarə olunması üçün "şəxsi kabinet", "Blogger" servisi ilə korporativ bloqların sinxronlaşdırılması üçün inteqrasiya təqdim edir.

"Google Domains" vasitəsilə domenləri satmaq və almaq, eləcə də domendə 100-dək elektron poçt ünvanı yaratmaq mümkündür. İstifadəsi mümkün olan domen zonaları arasında "coffee", "us", "company" və s. var. Yeni servisdə "Google"un tərəfdaşları qismində "Squarespace", "Wix", "Webbly" və "Shopify" hostinq provayderləri çıxış edir.

Qeyd edək ki, xidmətdən digər ölkələrdə nə vaxt istifadə ediləcəyi barədə hələ məlumat yoxdur. Lakin istifadəçilər şirkətin "Google Domains" beynəlxalq miqyasda istifadəyə verilməzdən əvvəl göndərəcəyi bildirişlərə abunə ola bilərlər.

Son xəbərlər

Orphus sistemi