Gələn il Bakıda innnovasiya mərkəzi tikiləcək

Gələn il Bakıda innnovasiya mərkəzi tikiləcək Bakı. 19 dekabr. REPORT.AZ/ Gələn il Bakıda böyük innovasiya mərkəzinin tikintisi planlaşdırılır.
İKT
19 Dekabr , 2017 13:14
Gələn il Bakıda innnovasiya mərkəzi tikiləcək
Report

Bakı. 19 dekabr. REPORT.AZ/ Gələn il Bakıda böyük innovasiya mərkəzinin tikintisi planlaşdırılır.

"Report"un verdiyi xəbərə görə, bu barədə rabitə, nəqliyyat və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu gün Bakıda keçirilən Azəribaycandakı Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) üzvlərinin aylıq işgüzar nahar fasiləsi zamanı bildirib.

Onun sözlərinə görə, elektron xidmətlərin cəmləşdiyi vahid platforma olan "elektron hökumət" portalı vasitəsilə hazırda ümumilikdə 89 qurum tərəfindən vətəndaşlara 440 sayda elektron xidmət göstərilir. Bu say daimi olaraq artırılır. Portalın daimi istifadəçilərinin sayı 700 mindir. Ümumilikdə elektron xidmətlərə müraciət sayı isə 600 milyonu keçib.

Nazir həmçinin qeyd edib ki, 2019-cu ildə yeni nəsil şxsiyyət vəsiqələrinin vətəndaşlara verilməsi nəzərdə tutulur ki, bu şəxsiyyət vəsiqələrində e-imza sertifikatlarının yerləşdirilməsi təmin ediləcək: "E-imza sertifikatlarının ölkələr arasında qarşılıqlı tanınması ilə bağlı ardıcıl işlər aparılır və inanırıq ki, bu iş adamları üçün yeni imkanlar açacaq".

Son xəbərlər

Orphus sistemi