Floridadan fəzaya buraxılan "Falcon 9" raket daşıyıcısı geri qayıdan zaman qəzaya uğrayıb - VİDEO

Floridadan fəzaya buraxılan "Falcon 9" raket daşıyıcısı geri qayıdan zaman qəzaya uğrayıb - VİDEO Bakı. 6 dekabr. REPORT.AZ/ Amerikanın Florida ştatında yerləşən kosmodromdan Dragon kosmik yük gəmisini daşıyan Falcon 9 raket daşıyıcısı fəzaya buraxılıb.
İKT
6 Dekabr , 2018 06:57
Floridadan fəzaya buraxılan Falcon 9 raket daşıyıcısı geri qayıdan zaman qəzaya uğrayıb - VİDEO

Bakı. 6 dekabr. REPORT.AZ/ Amerikanın Florida ştatında yerləşən kosmodromdan "Dragon" kosmik yük gəmisini daşıyan "Falcon 9" raket daşıyıcısı fəzaya buraxılıb.

“Report” xəbər verir ki, bu barədə "SpaceX" şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, "Dragon" yük gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) 2,6 ton yük çatdırmalıdır.

"SpaceX" şirkətinin məlumatına görə, "Falcon 9" raket daşıyıcısı "Dragon" yük gəmisini BKS-ə buraxdıqdan sonra Florida kosmadromuna geri qayıdan zaman Atlantik okeanına düşüb.

Şirkət rəhbəri İlon Mask "Twitter"də yazıb ki, raket daşıyıcısının uğursuz enişi hidravlik nasosdakı problemlə bağlı olub.

"Falcon 9" raket daşıyıcısı bundan əvvək noyabrın 15-da fəzaya buraxılıb.

Son xəbərlər

Orphus sistemi