"Fintech100" siyahısında Asiya texnologiya şirkətləri üstünlük təşkil edib

"Fintech100" siyahısında Asiya texnologiya şirkətləri üstünlük təşkil edib Niderlandın beynəlxalq audit şirkəti KPMG və Avstraliyanın H2 Ventures fintech investisiya şirkətinin hazırladığı Fintech 100 siyahısının 6-cı buraxılışı nəşr olunub.
İKT
4 Dekabr , 2019 15:11
Fintech100 siyahısında Asiya texnologiya şirkətləri üstünlük təşkil edib

Niderlandın beynəlxalq audit şirkəti KPMG və Avstraliyanın "H2 Ventures" "fintech" investisiya şirkətinin hazırladığı "Fintech 100" siyahısının 6-cı buraxılışı nəşr olunub.

"Report" xəbər verir ki, bu il də "Fintech100" siyahısında Asiya texnologiya şirkətləri üstünlük təşkil ediblər. Siyahıda Asiya bölgəsindən 34, Yaxın Şərq, Avropa və Afrikadan, ümumilikdə, 25, ABŞ-dan isə 22 şirkət yer alıb.

Məlumata görə, siyahıda 27 ödəmə şirkəti, 19 fərdi aktivləri idarə edən şirkət, 17 sığorta şirkəti, 15 kredit şirkəti və 22 müxtəlif sahələrdə fəaliyyət göstərən şirkət yer alıb.

Hesabatda yer alan şirkətlərə son bir ildə, ümumilikdə, 18 mlrd. dollar investisiya yatırılıb və 2,5 mlrd. istifadəçiyə çatmaqla maliyyə xidmətlərinin genişləndirilməsinə böyük dəstək veriblər.

Son xəbərlər

Orphus sistemi