Yuxarı

"Finca Azerbaijan" tender elan edib

Təşkilat kassa avadanlığı almaq istəyir

Bakı. 26 yanvar. REPORT.AZ/ "Finca Azerbaijan" kredit təşkilatı kassa avadanlığının alınması ilə bağlı tender elan edib. Ba barədə "Report"a təşkilatın Marketinq Departamentindən məlumat verilib.

Tenderdə iştirak etmək istəyən şirkətlər qiymət təklifini fevralın 2-si saat 12:00-dək təşkilatın Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi,44 ("Caspian Plaza", III korpus, VIII mərtəbə) ünvanında yerləşən ofisinə təqdim etməlidir.

Maraqlı şirkətlərdən, həmçinin təchiz olunacaq malların sifariş verildikdən sonra hansı müddətdə təmin olunacağı, zəmanət müddəti və s. zəruri sənədlərin təqdim edilməsi tələb olunur.

Tenderdə qalib olan təchizatçı şirkət fevralın 5-dək "Finca Azerbaijan"ın Tender Komissiyası tərəfindən müəyyənləşdirilib elan olunacaq.

Qeyd edək ki, "Finca Azerbaijan"ın almaq istədiyi avadanlıqların siyahısı belədir: pul sayan - 10 ədəd (Pro150 Series), dollar detektoru - 20 ədəd (Docash 430), pul yoxlayan - 25 ədəd (Pro CL-16LPM), pul sayan - 10 ədəd (Kobell AF8780), mikrofon - 30 ədəd (Kobell AF8780).

Xatırladaq ki, "Finca Azerbaijan" 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərən və hazırda 155 mindən artıq kiçik və orta sahibkara maliyyə xidmətləri göstərən qeyri-bank kredit təşkilatıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi