Yuxarı

​Facebook telefon danışıqlarına imkan verən “Phone” tətbiqini test edir

Facebook vasitəsilə zəng də etmək olacaq

Bakı. 24 mart. REPORT.AZ/ Təxminən 1.5 mlrd. aktiv istifadəçisi olan Facebook bu dəfə telefon zənglərini öz funksiyalarına daxil etmək istəyir. “Report” xəbər verir ki, iddiaya görə şirkət bu sahədə xidmət verəcək yeni bir tətbiq inkişaf etdirmə işlərinə başlayıb.

Android əməliyyat sistemi ilə çalışan ağıllı telefonlara uyğunlaşdırılacaq "Phone" adlı bir tətbiq üçün işə başlayan sosial media nəhənginin bu tətbiq sayəsində istifadəçilərinə GSM operatorlarına bənzər bir xidmət verə biləcəyi açıqlanıb.

ABŞ-da yerləşən şirkətbir müddətdir ki, bu tətbiq üçün işlər icra edir. Tətbiqin sınaqları isə hələlik qapalı şəkildə, şirkət daxilində aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi