Yuxarı

"Facebook" şirkəti TheFind axtarış sistemini alıb

TheFind Facebook-un reklam servislərinin təkmilləşməsinə kömək edəcək

Bakı. 14 mart. REPORT.AZ/ "Facebook" şirkəti TheFind adlı populyar axtarış sistemini alıb.

"Report"un "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, yaxın həftələr ərzində sövdələşmənin bütün təfərruatları razılaşdırılacaq. Beləliklə, TheFind "Facebook"un strukturuna daxil ediləcək və bu sosial şəbəkənin reklam servislərinin təkmilləşməsinə kömək edəcək.

Qeyd edək ki, TheFind müştərilərə lazım olan malları ən yaxın mağazalardan təmin etməyə köməklik edən axtarış sistemidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi