"Facebook" şəxsi məlumatların ötürülməsinə görə 500 min funt sterlinq cərimələnəcək

"Facebook" şəxsi məlumatların ötürülməsinə görə 500 min funt sterlinq cərimələnəcək Bakı. 11 iyul. REPORT.AZ/ Böyük Britaniya hökuməti Facebook” sosial şəbəkəsini 500 min funt sterlinq (663 min ABŞ dolları) məbləğində cərimələyəcək.
İKT
11 İyul , 2018 12:46
Facebook şəxsi məlumatların ötürülməsinə görə 500 min funt sterlinq cərimələnəcək

Bakı. 11 iyul. REPORT.AZ/ Böyük Britaniya hökuməti "Facebook” sosial şəbəkəsini 500 min funt sterlinq (663 min ABŞ dolları) məbləğində cərimələyəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb şirkətin şəxsi məlumatları digər şirkətə ötürülməsi və bununla bağlı Britaniya qanunvericiliyini pozmasıdır.

“Facebook" şəxsi məlumatların qorunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələbi yerinə yetirə bilməyib”, - informasiya üzrə komissar Elizabet Den bildirib.

Sosial şəbəkə rəsmiləri hələlik bu məsələyə aydınlıq gətirməyiblər. 

Xatırladaq ki, "The New York Times" qəzetinin məlumatına əsasən, “Cambridge Analytics” mərkəzi seçicilərin siyasi mövqeyini təhlil edəcək alqoritm hazırlamaq üçün sosial şəbəkənin milyonlarla istifadəçisinin şəxsi məlumatlarını ələ keçirib. 

Son xəbərlər

Orphus sistemi