"Facebook" pulsuz Wi-Fi axtarışı funksiyasını tətbiq etmək niyyətindədir

"Facebook" pulsuz Wi-Fi axtarışı funksiyasını tətbiq etmək niyyətindədir Funksiya işə salınan zaman ən yaxın "hotspot"ların əks olunduğu xəritə açılır
İKT
23 Noyabr , 2016 14:11
Facebook pulsuz Wi-Fi axtarışı funksiyasını tətbiq etmək niyyətindədir

Bakı. 23 noyabr. REPORT.AZ/ "Facebook" şirkəti Wi-Fi üçün pulsuz ictimai giriş nöqtələrini axtarış etmək üçün nəzərdə tutulmuş funksiyanı sınaqdan keçirməyə başlayıb.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.

"Wi-Fi axtarışı" "Facebook" aplikeyşninə inteqrasiya olunur. Funksiya işə salınan zaman ən yaxın "hotspot"ların əks olunduğu xəritə açılır. Tətbiq lazımi Wi-Fi nöqtəsinə çatmaq üçün lazım olan vaxtı göstərir.

"Facebook"un nümayəndəsinin sözlərinə görə, bu funksiya insanların həmişə əlaqədə qalması üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi