Eskpert: “Azərbaycanda innovasiya sahəsində nazirliklərin fəaliyyəti üçün koordinasiya yoxdur”

Eskpert: “Azərbaycanda innovasiya sahəsində nazirliklərin fəaliyyəti üçün koordinasiya yoxdur” Bakı. 26 oktyabr. REPORT.AZ/ “Azərbaycan internet serverlərinin cəmi 1,6%-i təhlükəsizdir.
İKT
26 Oktyabr , 2018 12:32
Eskpert: “Azərbaycanda innovasiya sahəsində nazirliklərin fəaliyyəti üçün koordinasiya yoxdur”
"Bilik iqtisadiyyatı-Azərbaycanın İnnovasiya Yol Xəritəsi Layihəsi"nin müəllifi Edvard Roşe / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 26 oktyabr. REPORT.AZ/ “Azərbaycan internet serverlərinin cəmi 1,6%-i təhlükəsizdir". 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən “Beynəlxalq innovasiyalar həftəsi” həftəsi çərçivəsində "Bilik iqtisadiyyatı-Azərbaycanın İnnovasiya Yol Xəritəsi Layihəsi"nin müəllifi Edvard Roşe deyib.

Bundan başqa, onun sözlərinə görə, hazırda Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları üzrə satınalmalarda xaotiklik mövcuddur: “Azərbaycanda innovasiya sahəsində nazirliklərin fəaliyyəti üçün koordinasiya yoxdur. Bir sözlə, nazirliklər öz sahələri üzrə innovativ layihələri özbaşına olaraq həyata keçirirlər. Problemlərdən biri də patentləşmə ilə ümumi daxili məhsul (ÜDM) arasındakı fərqdir. ÜDM artıqca patentlərin sayı artmalıdır, amma görünən odur ki, əks proses baş verir, lisenziyaların sayı azalıb”.

Ekspert Azərbaycanda superkomputerin yaradılması üçün təkliflər verdiklərini də açıqlayıb.

Son xəbərlər

Orphus sistemi