Yuxarı

​"ƏlfəCIN" intellektual layihəsinin ilk ilinə yekun vurulub

Layihədən 12 minə yaxın yeniyetmə və gənc faydalanıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti Xəzər İntellektual Gənclər Klubu ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi "ƏlfəCIN" adlanan intellektual layihəsinin ilk ilinə yekun vurub.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, "ƏlfəCIN" layihəsinin əsas məqsədi intellektual oyunlar hərəkatını genişləndirmək, gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaq, onların intellektual potensialını üzə çıxarmaq, təhsildə yeni uğurlarına yol açmaq, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasına ictimai və biznes sektorunun töhfəsini təmin etmək olub.

"ƏlfəCIN" layihəsi çərçivəsində son bir il ərzində "Bakcell" və Xəzər İntellektual Gənclər Klubu yeniyetmə və gənclər üçün intellektual oyunlar üzrə bir çox turnirlər təşkil edib. Onlar arasında hər il ənənəvi olaraq təşkil olunan Ağıl Oyunları Festivalı, Azərbaycan Kuboku, Azərbaycan Superkuboku, İntellekt Marafonu Festivalı və digər yarışları qeyd etmək olar.

Bu layihədən Azərbaycanın 18 regionu daxil olmaqla ümumilikdə 12 minə yaxın yeniyetmə və gənc faydalanıb. Layihə çərçivəsində intellektual oyunlar üzrə 15-dən çox turnir təşkil olunub. "ƏlfəCIN" layihəsi biznes, dövlət və ictimai sektorun birgə səyləri nəticəsində geniş kütləyə çatdırılıb və gənclərin maarifləndirilməsində önəmli sosial hadisəyə çevrilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi