Yuxarı

"Elektron hökumət" portalının xidmətlərindən 1,4 mln. nəfər istifadə edib

Portala müraciət edənlərin 30%-ni yeni istifadəçilər təşkil edib

Bakı. 10 aprel. REPORT.AZ/ Aprelin 1-nə qədər "Elektron hökumət" portalının xidmətlərindən 1,4 mln. nəfərdən çox vətəndaş 8 mln. dəfədən çox istifadə edib. Bu dövrdə elektron xidmətlərin sayı 413-ə çatıb. "Report" xəbər verir ki, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin (MHM) rəhbəri Nail Mərdanov bu gün keçirilən brifində bildirib.

Tədbirdə qeyd olunub ki, "Elektron hökumət" portalının istifadəyə verilməsindən 2015-ci il martın 31-dək portala 4 854 127 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı 1 452 488 nəfər olub. Bu dövr ərzində portala müraciət edənlərin 30%-ni yeni istifadəçilər, 70%-ni təkrar istifadəçilər təşkil edib.

Aprelin 1-ə qədər bütün qurumlar üzrə Fərdi məlumatların informasiya sistemləri və dövlət informasiya ehtiyatları Dövlət Reyestrinə daxil olunan məlumatların ümumi sayı isə 238 ədəd təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi