Dövlət Radiotezliklər İdarəsi ötən il 5 milyon manata yaxın mənfəət əldə edib

Dövlət Radiotezliklər İdarəsi ötən il 5 milyon manata yaxın mənfəət əldə edib Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsi (DRİ) 2018-ci ili 4,684 milyon manat mənfəətlə başa vurub.
İKT
18 İyun , 2019 11:27
Dövlət Radiotezliklər İdarəsi ötən il 5 milyon manata yaxın mənfəət əldə edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsi (DRİ) 2018-ci ili 4,684 milyon manat mənfəətlə başa vurub.

“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, ötən il DRİ 12,672 milyon manat gəlir əldə edib. Bunun 12,669 milyon manatı əsas, 3 min manatı isə sair əməliyyat gəlirləridir.

Hesabat dövründə qurumun xərcləri isə 7,988 milyon manat, o cümlədən işçi heyəti üzrə xərcləri 5,175 milyon manat, amortizasiya xərcləri 1,737 milyon manat, digər əməliyyat xərcləri isə 1,077 milyon manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi