Yuxarı

Dövlət Radiotezliklər İdarəsi müsadirə edilən radioelektron vasitələrinin sayını açıqlayıb

Bu, istismar olunan REV-lərə baxış zamanı aşkar edilib

Bakı. 5 dekabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi (REVİNŞ) və efirə radionəzarət şöbəsinin (ERNŞ) bölgələr üzrə efirə radionəzarət məntəqələrinin (ERNM) mühəndisləri təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış, möhürləmə və möhüraçma işləri aparıblar.

Nazirlikdən "Report"a verilən məlumata görə, bu, cari ilin 11 ayı ərzində iş planına və Dövlət Radiotezliklər İdarəsinə (DRİ) daxil olmuş müraciətlərə əsasən həyata keçirilib.

Məlumata görə, müvafiq tədbirlər zamanı 579 akt tərtib edilib. Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 269 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 82 ədədi qeydiyyata salınıb, 127 ədədi möhürlənib, 7 ədədi silinib. Bundan başqa, onların 2 ədədi demontaj edilib, 40 ədədi aidiyyatı rayon məhkəmələri tərəfindən müsadirə edilib və 11 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi