Yuxarı

​Dövlət İnformasiya Ehtiyatlarının Reyestrində yeni informasiya ehtiyatı qeydiyyata alınıb

Bu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müraciəti əsasında baş tutub

Bakı. 13 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) daha bir informasiya ehtiyatı Dövlət İnformasiya Ehtiyatlarının Reyestrində qeydiyyata alınıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin "Report"a verdiyi məlumata görə, Məlumat Hesablama Mərkəzi (MHM) TQDK-nın müraciətinə əsasən “Mənim məktəbim” informasiya ehtiyatını Dövlət İnformasiya Ehtiyatlarının Reyestrində dövlət qeydiyyatına alıb.

“Mənim məktəbim” informasiya ehtiyatının tərkibində 1995-ci ildən 2014-cü ilədək olan dövr üzrə respublikanın bütün məktəblərinin məzunlarının göstəricilərinin dinamikası təhlil şəklində yerləşdirilib. Bu məlumatlar fənlər üzrə düzgün cavabların faizlərini, orta imtahan ballarının və ali məktəblərə qəbul olma göstəricilərinin dinamikasını tam şəkildə əhatə edir.

“Mənim məktəbim” informasiya ehtiyatı göstəricilərin dinamikası, qəbul proseslərinin nəticələri və ən qabaqcıl məzunlar kimi bölmələrdən ibarətdir. Sözügedən informasiya ehtiyatında təfərrüatı ilə bütün məktəblər üzrə qəbul imtahanlarında iştirak edən məzunların sayı, onlardan qız və oğlanların statistik göstəriciləri ayrı-ayrılıqda verilməklə, toplanılan orta ballar, ödənişli/ödənişsiz əsaslarla universitetə qəbul olanların sayı və s. kimi əhəmiyyətli statistik məlumatlar öz əksini tapıb.

Hazırda “Mənim məktəbim” informasiya ehtiyatı “www.mekteb.edu.az” saytında istifadəçilərə təqdim edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi