Daha bir Çin şirkəti ekranı 3 dəfə qatlana bilən telefon hazırlayıb

Daha bir Çin şirkəti ekranı 3 dəfə qatlana bilən telefon hazırlayıb Cənubi Koreyanın Samsung və Çinin Huawei şirkətinin ardınca daha bir Çin şirkəti ekranı qatlana bilən mobil telefon hazırlayıb.
İKT
28 Oktyabr , 2019 16:04
Daha bir Çin şirkəti ekranı 3 dəfə qatlana bilən telefon hazırlayıb

Cənubi Koreyanın "Samsung" və Çinin "Huawei" şirkətinin ardınca daha bir Çin şirkəti ekranı qatlana bilən mobil telefon hazırlayıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, söhbət TCL şirkətindən gedir. 

Onun ərsəyə gətirdiyi 10 düymlük ekranlı mobil cihazın ekranı 3 dəfə qatlana bilir. Yeni modelin digər texniki xüsusiyyətləri və bazara nə vaxt çıxarılacağı açıqlanmayıb. 

Son xəbərlər

Orphus sistemi