Yuxarı

​"Code Academy" PRONET şirkəti ilə əməkdaşlığa başlayıb

Layihəyə əsasən, Code Academynin tədris proqramını bitirən gənclər PRONET şirkətində çalışmaq şansı qazanacaqlar

Bakı. 1 iyul. REPORT.AZ/ Milli ERP sistemləri üzərində çalışan, bazara bir neçə digər proqramlaşdırma həllərini təqdim edən və 13 illik təcrübəyə malik PRONET şirkəti ilə "Code Academy" arasında əməkdaşlıq yaranıb. 

"Report"un məlumatına görə, məqsəd "Code Academy" məzunlarının müvəffəqiyyətli karyera qurmalarına şərait yaratmaqdır.

Bu əməkdaşlıq layihəsinə əsasən, "Code Academy"nin tədris proqramını bitirən gənclər PRONET şirkətində çalışmaq şansı qazanacaqlar. Bununla da onlar biznesin avtomatlaşdırılmasına yönələn həllərin təkmilləşdirilməsində aktiv iştirak edəcəklər. "Code Academy"in məzunları öyrəndiklərini iş yerində tətbiq etmək imkanı qazanaraq karyera yolunda düzgün istiqamət götürmək və böyük nailiyyətlər qazanmaq üçün özül əldə edəcəklər.

Ümumiyyətlə, "Code Academy" növbəti proqramlaşdırma lageri – 5-ci qəbuluna davam edir. Hazırda ilkin demo həftə olaraq başlanılan dərslərdə veb proqramlaşdırmanın ilkin əsasları öyrədilir. (Müraciət üçün http://bit.ly/ca-apply

Şəhərin mərkəzində iki fərqli mərkəzlə - “Baku Business Factory” və Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən "Code Academy"nin proqramlaşdırma dərslərində indiyədək 130 nəfər iştirak edib. İştirakçılar arasında əsasən universitet tələbələri və məzunları çoxluq təşkil etsə də, işləyənlər üçün 16 həftəlik tədris proqramı da mövcuddur.

"Code Academy" məzunlarının proqram sonrasında karyeralarına düzgün şəkildə başlamaları üçün onlara karyera planlaşdırması, fərdi inkişaf təlimləri keçirilir, eyni zamanda, müxtəlif şirkətlərlə əlaqələr qurulur, məzunların bundan faydalanmalarına imkan yaradılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi