Yuxarı

“CinemaPlus” “Bakutel-2019”da 4DX Cinema texnologiyasını təqdim edir - VİDEO

“CinemaPlus” “Bakutel-2019”da 4DX Cinema texnologiyasını təqdim edir

Bakıda keçirilən XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində (“Bakutel-2019”) bir-birindən maraqlı layihələr təqdim edən və ən çox ziyarət olunan stendlərdən biri də “CinemaPlus”a aiddir.

"Report" xəbər verir ki, 23 ölkədən 238 şirkətin iştirak etdiyi yubiley sərgisində ilk dəfə iştirak etməsinə baxmayaraq, “CinemaPlus”un müştəriləri üçün təklif etdiyi ən son 4DX texnologiyası sayəsində siz tezliklə baxdığınız hər hansı filimdə yağış, qar, tüstü və müxtəlif qoxuları elə kino qəhrəmanı kimi hiss edib, həmin həyəcanlı anları yaşaya biləcəksiniz.

Kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü Zaur Darabzadə “CinemaPlus”un sərgidə iştirakı ilə bağlı duyğularını dilə gətirib: “Bu texnologiya bizim yeni yaradılan “Dəniz Mall” ticarət mərkəzindəki kinoteatrımızda olacaq. Əgər burada “Tarzan” filminə baxırsınızsa, həmin filmdəki meşənin, otların qoxusunu hiss edə biləcəksiniz”.

Həyəcanı ən az filmlər qədər sevən hər kəs yolunu “CinemaPlus”dan salsın.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi