Yuxarı

Bu gün Azərbaycanda dövlət saytlarına girişdə yaranmış problemin səbəbi açıqlanıb

Bu, həmin informasiya mənbələrinə xidmət edən data mərkəzə ehtiyat qida mənbəyinin qoşulması ilə əlaqədar baş verib

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycanda dövlət qurumlarına xidmət edən data mərkəzə ehtiyat qida mənbəyinin qoşulması ilə əlaqədar dövlət strukturlarına aid internet informasiya resurslarına girişdə qısamüddətli fasilələr müşahidə olunub. 

"Report" xəbər verir ki, bu, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin xəbərində deyilir. 

Məlumata görə, ehtiyat qida mənbələrinin qoşulması və digər texniki təhlükəsizlik tədbirləri davam etdirilir.

"Görünən təhlükəsizlik tədbirləri ilə bağlı qısa zamanda əlavə məlumat veriləcək", - deyə agentlikdən bildirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi