Yuxarı

Bu gün "Apple Watch"un təqdimatı keçiriləcək

Bu axşam canlı yayımlanacaq tədbirdə Apple saatları ilə yanaşı, iOS 8.2 mobil əməliyyat sisteminin də təqdim olunacağı gözlənilir

Bakı. 9 mart. REPORT.AZ/ "iPhone 6" telefonlarının təqdimatında haqqında danışılan “Apple Watch” saatı bu axşam texnologiya dünyasına təqdim olunacaq.

“Report” Türkiyə mediasına istinadən xəbər verir ki, şirkət milyonların maraqla gözlədiyi "ağıllı" saat haqqında ilk dəfə sentyabr ayında qismən məlumat verib.

“Apple” nəhayət cihaz üzərindəki tamamlama işlərinə yekun vurub və satış mərhələsinə gətirib. Məhsulu satışa çıxmazdan əvvəl bu axşam geniş bir tədbirlə ictimaiyyətə təqdim edib, xüsusiyyətləri və detalları barədə məlumat verəcək. Tədbir “Apple”in internet saytı üzərindən canlı olaraq yayımlanacaq və "OS X v10.6.8", "iOS 6" və yuxarı yüklü cihazlar ilə ikinci və üçüncü nəsil “Apple TV”lərdən canlı olaraq izlənilə biləcək.

Məlumatda qeyd olunub ki, təqdimatda “iOS”un yeni - "iOS 8.2" mobil versiyası da təqdim olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi