Yuxarı

​Braziliyada İnternet İdarəçiliyi Forumu başlayır

Toplantında Azərbaycan nümayəndə heyəti də iştirak edir

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün Juan Pesoada (Joao Pessoa, Braziliya) X İnternet İdarəçiliyi Forumu (X Internet Governance Forum - IGF) işə başlayır. "Report"un forumun rəsmi saytından əldə etdiyi məlumata görə, tədbir noyabrın 13-dək davam edəcək.

Məlumata görə, forumda Azərbaycanı Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyran Əmiraslanova təmsil edəcək.

Bundan əlavə, forumda həmçinin BMT-nin İnkişaf Proqramının (UNDP) Bakı ofisinin əməkdaşları Nəriman Hacıyev, Vasif Məmmədov, Natiq Mürşüdov və IGF-nin Azərbaycan təmsilçisi Jalə Hacıyeva iştirak edəcək.

Xatırladaq ki, VII İnternet İdarəçiliyi Forumu 2012-ci il noyabrın 6-9-da Azərbaycanda keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi