"Bookmate" istifadəçilərinin sayı 11 mini keçib

"Bookmate" istifadəçilərinin sayı 11 mini keçib Bir il ərzində 40 minə qədər insan bu əlavəsindən istifadə edib
İKT
15 Noyabr , 2016 20:08
Bookmate istifadəçilərinin sayı 11 mini keçib

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil operatoru “Azercell Telecom” MMC-nin ötən ilin noyabr ayında təqdim etdiyi “Bookmate” layihəsindən yararlanan abunəçilərin sayı 11 min nəfəri keçib.

Şirkətdən "Report"a verilən xəbərə görə, ümumilikdə isə bu bir il ərzində 40 minə qədər insan “Bookmate” əlavəsindən istifadə edib.

“Bookmate” minlərlə kitabı elektron cihaz üzərindən oxumaq üçün yaradılan mobil tətbiqdir. Bu xidmət telefonda, planşetdə və kompüterdə maraqlı əsərləri tapıb oxumağın ən rahat yoludur. "Azercell"in güzəştli qiymətlə təqdim etdiyi mobil kitabxanada 600 mindən artıq kitaba çıxış təmin olunub. 

Qeyd edək ki, “Bookmate” mobil kitabxanasına günluk cəmi 15 qəpik ödəməklə, oxucular yalnız xarici ədəbiyyat deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilərlər. Eyni zamanda əlavəni yükləyən hər bir yeni abunəçi “Bookmate"dən 1 həftə ərzində pulsuz istifadə etmək imkanı qazanır.

Son xəbərlər

Orphus sistemi