BMT-nin İnkişaf Proqramı Azərbaycanla İKT sahəsində əməkdaşlığı genişləndirəcək

BMT-nin İnkişaf Proqramı Azərbaycanla İKT sahəsində əməkdaşlığı genişləndirəcək Azərbaycanla BMT-nin İnkişaf Proqramı (UNDP) ilə informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq müzakirə olunub.
İKT
14 Mart , 2019 17:40
BMT-nin İnkişaf Proqramı Azərbaycanla İKT sahəsində əməkdaşlığı genişləndirəcək

Azərbaycanla BMT-nin İnkişaf Proqramı (UNDP) ilə informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq müzakirə olunub. 

Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

Nazir Ramin Quluzadə ölkəmizdə səfərdə olan UNDP-nin rəhbərinin müavini, Avropa və MDB üzrə regional bürosunun direktoru xanım Miryana Eqqerlə görüşüb.

Görüşdə startap layihələrinin reallaşdırılması, Yevlaxda inşası davam etdirilən Ehtiyat Data Mərkəzi, yaradılması nəzərdə tutulan İnnovasiyalar Laboratoriyası və İnnovasiyalar Mərkəzi üzrə texniki və ekspert dəstəyi məsələləri müzakirə olunub. Eyni zamanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində həyata keçirilən işlərə UNDP tərəfindən ixtisaslı ekspert dəstəyinin göstərilməsi məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.

R.Quluzadə UNDP ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, bütün sahələrdə olduğu kimi, İKT sferasında da qarşılıqlı əlaqələrin genişləndiyini vurğulayıb.

Ölkəmizdə İKT sahəsinin inkişafı üzrə aparılan islahatlar, həyata keçirilən milli və regional layihələrdən söz açan nazir Azərbaycanın təşəbbüskarı olduğu beynəlxalq layihələrə Birləşmiş Millətlər Təşkilatı tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirib.

Azərbaycanda İKT sahəsində həyata keçirilən uğurlu layihələrin vacibliyinə toxunan UNDP rəsmisi təşkilatın Azərbaycanla qurulan əməkdaşlıq istiqamətlərini daha da genişləndirmək niyyətində olduğunu vurğulayıb.

Prezident İlham Əliyevlə görüşdən məmnunluğunu ifadə edən M.Eqqer ölkəmizlə uzunmüddətli tərəfdaşlığın faydalarından bəhs edib.

Daha sonra görüşdə İKT sahəsində əməkdaşlıq perspektivləri, eyni zamanda bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi