Bir ayda əldə olunan fərdi məlumatlar üzrə elektron arayışların sayı 9 mini ötüb

Bir ayda əldə olunan fərdi məlumatlar üzrə elektron arayışların sayı 9 mini ötüb Bu sənəd “Elektron hökumət” portalı tərəfindən e-imza ilə imzalanır
İKT
11 İyul , 2015 15:18
Bir ayda əldə olunan fərdi məlumatlar üzrə elektron arayışların sayı 9 mini ötüb

Bakı. 11 iyul. REPORT.AZ/ Bir ayda “Elektron hökumət” portalı üzərindən əldə olunan fərdi məlumatlar üzrə e-arayışların sayı 9 mini ötüb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Report”a verilən məlumata görə, “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti iyun ayında “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan 20 elektron xidmətdən biri olub.

Ötən ay sözügedən xidmətə 9201 dəfə müraciət edilib. Hazırda ölkədə fəaliyyət göstərən bir sıra banklar bu elektron arayış əsasında kredit verirlər.

Qeyd edək ki, elektron arayış dövlət qurumlarının elektron informasiya ehtiyatları əsasında formalaşan elektron sənəddir, bu sənəd “Elektron hökumət” portalı tərəfindən e-imza ilə imzalanır.

Son xəbərlər

Orphus sistemi