Bəzi ölkələrdə "Facebook" və "Instagram"ın işində nöqsanlar müşahidə olunur

Bəzi ölkələrdə "Facebook" və "Instagram"ın işində nöqsanlar müşahidə olunur Nöqsan Norveç, Finlandiya, Danimarka, Latviya, İsveç, Estoniya, Rusiya və digər ölkələrdən olan istifadəçilərə təsir edib
İKT
7 Avqust , 2017 13:49
Bəzi ölkələrdə Facebook və Instagramın işində nöqsanlar müşahidə olunur

Bakı. 7 avqust. REPORT.AZ/ Bazar ertəsi səhər saatlarından Avropanın şimal və şərq hissəsində yerləşən ölkələrdə, o cümlədən Rusiyada "Facebook" və "Instagram"ın işində nöqsanlar müşahidə olunur.

"Report" xəbər verir ki, bu barədə məşhur internet resurslarını izləyən "Downdetector" xidmətindən bildirilib.

Məlumata görə, nöqsanlar Norveç, Finlandiya, Danimarka, Latviya, İsveç, Estoniya, Rusiya və digər ölkələrdən olan istifadəçilərə təsir göstərib.

"Facebook" şirkətindən bildirilib ki, hazırda nöqsanların aradan qaldırılması üzərində iş gedir.

Son xəbərlər

Orphus sistemi