“Barama” Azərbaycanı “Seedstars” Cənub-Şərqi Avropa Sammitində təmsil edib

“Barama” Azərbaycanı “Seedstars” Cənub-Şərqi Avropa Sammitində təmsil edib Bakı. 13 dekabr. REPORT.AZ/ “Azercell Telekom” MMC-nin “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzi “PAŞA Bank” ASC-nin dəstəyi ilə Azərbaycanı “Seedstars” Cənub-Şərqi Avropa Sammitində təmsil edib.
İKT
13 Dekabr , 2017 19:47
“Barama” Azərbaycanı “Seedstars” Cənub-Şərqi Avropa Sammitində təmsil edib

Bakı. 13 dekabr. REPORT.AZ/ “Azercell Telekom” MMC-nin “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzi “PAŞA Bank” ASC-nin dəstəyi ilə Azərbaycanı “Seedstars” Cənub-Şərqi Avropa Sammitində təmsil edib.

Bu barədə “Report”a “Azercell”dən məlumat verilib.

“Azercell”in “Barama” mərkəzinin rəhbəri İmran Bağırov “Seedstars World” səfiri olaraq Ukraynanın paytaxtı Kiyevdə keçirilən beynəlxalq konfransda iştirak edib. İ.Bağırovla bərabər sammitə 2018-ci ilin aprel ayında İsveçrədə keçiriləcək “Seedstars” sammitində ölkəmizi təmsil edəcək “Wake me up” layihəsinin startapı da qatılıb.

İ.Bağırov Ukraynadan, Qazaxıstandan, Moldovadan və Gürcüstandan sammitdə iştirak edən “start-up”larla görüşlər keçirib və “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti, eləcə də yerli “start-up”lar haqqında məruzə ilə çıxış edib.

Qeyd edək ki, sözügedən sammit dünyanın innovasiya və texnologiya sahəsində fəaliyyət göstərən ən qabaqcıl təmsilçilərini bir araya gətirir. 3 gün davam edən “Seedstars” Cənub-Şərqi Avropa Sammitində 600-dən çox nümayəndə iştirak edib. Sammitə qatılan iştirakçılar öz layihələri ilə çıxış ediblər. Tədbir zamanı keçirilən panel müzakirələrində regionda fəaliyyət göstərən “start-up”lar müxtəlif mövzu və ideyalar ətrafında müzakirə aparıblar.

Məlumat üçün bildirək ki, “ Azercell Telekom” İsveçrənin “Seedstars” şirkəti ilə yaxından tərəfdaşlıq edir.

“Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə “Azercell” şirkəti tərəfindən yaradılmış layihədir. 

Son xəbərlər

Orphus sistemi