Bakıda uşaqlara “Sofiya” robotunun necə işləməsi öyrədiləcək

Bakıda uşaqlara “Sofiya” robotunun necə işləməsi öyrədiləcək Bakı. 21 noyabr. REPORT.AZ/ İKT LAB və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA- Azerbaijan Robotics Engineering Academy) birgə təşkilatçılığı ilə uşaqlar və gənclər üçün “Robot və dronlar yürüşü” adlı çox əyləncəli və maraqlı seminar keçiriləcək.
İKT
21 Noyabr , 2018 10:17

Bakı. 21 noyabr. REPORT.AZ/ İKT LAB və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA- Azerbaijan Robotics Engineering Academy) birgə təşkilatçılığı ilə uşaqlar və gənclər üçün “Robot və dronlar yürüşü” adlı çox əyləncəli və maraqlı seminar keçiriləcək. 

Bu barədə “Report”a Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Seminarda son zamanlar müzakirələrə səbəb olan “Sofiya” robotunun necə işləməsi ilə bağlı məlumat veriləcək.

Seminar hamı üçün açıq və ödənişsizdir.

Nazirliyin məlumatında qeyd edilir ki, yaşından asılı olmayaraq hər bir şəxs seminarda iştirak edərək robotlar və dronlarla tanış olub, onları idarə edə biləcək: “Bu seminarda çox maraqlı vaxt keçirdib, yeni dostlar qazanıb və dronların gətirdiyi dadlı şirniyyatlardan dadacaqsınız. Valideynlər öz övladlarını, məktəblilər öz sinif yoldaşlarını, gənclər isə dostlarını götürüb İKT LAB-da keçiriləcək bu seminara gələ bilərlər”.

Son xəbərlər

Orphus sistemi