Bakıda ictimai yerlərdə "wi-fi" ödənişli olacaq

Bakıda ictimai yerlərdə "wi-fi" ödənişli olacaq Yalnız iki ay müddətində bu xidmət pulsuz olacaq
İKT
29 Aprel , 2015 14:43
Bakıda ictimai yerlərdə wi-fi ödənişli olacaq

Bakı. 29 aprel. REPORT.AZ/ Bakıda ictimai yerlərdə, bir çox parklarda, I Avropa Oyunlarında təşkil ediləcək Olimpiya kəndində, habelə oyunlar ətrafında olan sahələrdə "wi-fi" mobil internet xidməti istifadəyə veriləcək. Bunu jurnalistlərə AMEA-nın illik ümumi yığıncağı çərçivəsində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazir deyib ki, "wi-fi" mobil internet xidmətinin əksər hissəsi mobil operatorlar və provayderlər tərəfindən həyata keçiriləcək.

"Biz onlara əsasən bir güzəşt təklif edirik ki, bu iki ay müddətində onlar pulsuz həyata keçirsinlər, sonradan isə ödənişli reallaşdıra bilərlər", - deyə Ə.Abbasov qeyd edib.  

Son xəbərlər

Orphus sistemi