Bakı. 26 aprel. REPORT.AZ/ Bakıda mayın 20-də ikinci dəfə “3D Print Conference” adlı beynəlxalq konfrans keçiriləcək. Tədbirin məqsədi perspektivli texnologiyalar sayəsində Azərbaycanın qarşısında açılan biznes imkanlarını müəyyən etməkdir.
“Report” xəbər verir ki, konfrans Təhsil Nazirliyinin dəstəyi ilə baş tutacaq. Tədbirin işgüzar proqramı Azərbaycan, Türkiyə, Rusiya və Böyük Britaniyadan aparıcı ekspertlərin məruzələrindən ibarətdir.
Sərgidə qonaqlar müasir 3D avadanlığın bir sıra spektri ilə tanış olacaqlar, 3D printerin işini və yaratdığı məhsulları əyani görəcəklər.