Yuxarı
    Bağlamaq

    ​Bakıda 3D çap texnologiyaları ilə bağlı konfrans keçiriləcək

    Tədbirdə biznesdə 3D çapın istifadəsinin imkanları və iş prinsipləri nümayiş olunacaq

    Bakı. 7 fevral. REPORT.AZ/ Fevralın 12-də Bakıda "3D Print Conference" sərgi-konfransı keçiriləcək.

    "Report" Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinə istinadən xəbər verir ki, "Smile-Expo" şirkətinin təşkil etdiyi 3D çap sərgisi artıq Almatı (Qazaxıstan), Kiyev (Ukrayna) və Moskva (Rusiya) şəhərlərində keçirilib.

    Tədbir çərçivəsində biznesdə 3D çapın istifadəsinin geniş imkanları, onun iş prinsipləri nümayiş olunacaq.

    "3D Print Conference"da 3D texnologiyalarının sənayedə tətbiqi, 3D printerlərdən tibb, zərgərlik, memarlıq və digər sahələrdə istifadə, 3D texnologiyalarının Azərbaycanda təhsil və elmin inkişafına təsiri kimi məsələlər müzakirə olunacaq.

    Qeyd edək ki, 3D çap texnologiyası kompüterdə məmulatın 3D modelini yaratmağa və qısa vaxt ərzində sifariş edilən parametrlərə cavab verən mükəmməl fiziki obyekt əldə etməyə imkan verir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi