Yuxarı

​Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri işdən çıxarılıb

Onun sabiq milli təhlükəsizlik nazirinin qohumu olduğu iddia edilir

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov vəzifəsindən azad olunub.

Bu xəbəri "Report"a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən təsdiq ediblər.

Məlumata görə, B.Hüseynov rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun əmri ilə işdən kənarlaşdırılıb.

Qeyd edək ki, KİV-də B.Hüseynovun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu olduğu bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi