Yuxarı
    Bağlamaq

    Bakı informasiya təhlükəsizliyi paytaxtı olacaq

    Paytaxtda  Kod İT adlı konfrans keçiriləcək

    Bakı. 4 may. REPORT.AZ/ Bakı birgünlük informasiya təhlükəsizliyi paytaxtı olacaq. 

    "Report" xəbər verir ki, mayın 25-də Bakıda Rusiya, Belarus, Gürcüstan və Qazaxıstandan olan informasiya təhlükəsizliyi sahəsinin mütəxəssislərinin iştirakı ilə "Kod İT" adlı konfrans keçiriləcək.

    Bu il tədbirə 24 şəhərdən iştirakçı qatılacaq. "Kod İT"də aparıcı informasiya texnologiyaları sahəsində ixtisaslaşmış mütəxəssislər, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi departamentinin əməkdaşları iştirak edəcəklər. Tədbirdə Andrey Brızqin (Moskva; "Group İB"), İlya Şabanov ("Anti- Malware.ru"), Rüstəm Xeyrəddinov ("InfoWatch"), Dmitri Manannikov ("SPSR Express"), Serqey Ananıç ("SearchInform" ; Moskva), Anton Solovey ("Falcongaze" ; Moskva) və digərləri çıxış edəcəklər.

    Tədbirdə informasiya mühafizəsi texnologiyaları, antiviruslar, SİEM-sistemlər, hücumlardan kompleks müdafiə vasitələri və s. məsələlər nəzərdən keçiriləcək.

    "Kod İT"də "Azericard", "ENCOTEC", "Expressbank", "MilliKart" MMC kimi yerli şirkətlər iştirak edəcəklər.

    Tədbirdə iştirak etmək üçün bu linkə daxil olaraq, qeydiyyatdan keçmək lazımdır: http://codeib.ru/baku/program/

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi