Yuxarı

"Bakcell" yaxın bir ildə 4G baza stansiyalarının sayını 4 dəfə artıracaq

Şirkət baza stansiyalarının sayına görə öz sahəsində liderdir

Bakı. 13 avqust. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti abunəçilərinə göstərdiyi mobil rabitə xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasına, əhatə dairəsinin daha da genişləndirilməsinə və şəbəkənin gücləndirilməsinə sərmayə yatırmağa davam edir.

Şirkətdən “Report”a verilən məlumata görə, hazırda “Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Quraşdırılmış 2 000-ə yaxın 3G stansiyası sayəsində “Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70%-ni əhatə edir və bütün bölgələrdə təklif olunur.

Şəbəkənin gücləndirilməsi istiqamətində görülən işlər nəticəsində şirkət 2G, 3G və 4G baza stansiyalarının sayına görə öz sektorunda irəli çıxıb. Ümumilikdə, baza stansiyalarının sayı 5 299-a çatdırılıb.

Hazırda "Bakcell"  2 947 ədəd 2G, 1979 ədəd 3G və 373 ədəd 4G baza stansiyası vasitəsilə abunəçilərə mobil rabitə və internet xidmətləri göstərir. Bununla yanaşı, şirkət 2016-cı ilin ortasına qədər əlavə olaraq 1 000 ədəd 4G baza stansiyasını quraşdırmağı qarşısına hədəf qoyub. Baza stansiyalarının sayı və tutumunun artımı paytaxtda və bölgələrdə, eləcə də ucqar kəndlərdə daha keyfiyyətli və kəsintisiz mobil rabitə və İnternet xidmətini təmin edəcək.

"Bakcell" şirkəti eyni zamanda 4G xidmətindən faydalanan abunəçilərin sayına görə də irəlidədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi