"Bakcell" "Ulduzum" abunəçiləri üçün “Qatar Airways”dən xüsusi endirim təklif edir

"Bakcell" "Ulduzum" abunəçiləri üçün “Qatar Airways”dən xüsusi endirim təklif edir Kampaniya avqust - noyabr aylarında keçərlidir
İKT
11 Avqust , 2017 18:46
Bakcell Ulduzum abunəçiləri üçün “Qatar Airways”dən xüsusi endirim təklif edir

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" "Ulduzum" abunəçiləri üçün “Qatar Airways”dən xüsusi endirim təklif edir. 

"Bakcell"dən "Report"a daxil olan məlumata görə, bununla bağlı hər iki şirkət arasında razılıq əldə olunub.

Belə ki, "Ulduzum" abunəçiləri www.qatarairways.com internet səhifəsindən bilet alarkən 10% endirimdən yararlana biləcəklər. Endirimi əldə etmək üçün "Bakcell" abunəçiləri bileti almazdan öncə “QA” yazıb 5555 qısa nömrəsinə göndərməlidirlər. Daha sonra mesaj vasitəsilə əldə olunan kodu https://www.qatarairways.com/en-az/offers/cug/ulduzum.htmlsəhifəsindəki “Promo Code” pəncərəsinə daxil etmək lazımdır.

Qeyd edək ki, 10% endirim biletin baza qiymətinə şamil olunur.

Kampaniya 07.08.2017 - 07.11.2017 tarixlərini əhatə edir və bu müddət ərzində əldə edilən səyahət biletləri 07.08.2017 - 31.12.2017 tarixlərində keçərlidir. Həmin ərəfədə “Qatar Airways” tərəfindən daxili endirimli kampaniyalar olduqda isə "Ulduzum" istifadəçiləri mövcud endirim faizinə əlavə olaraq 5% endirim qazanacaqlar.

Qeyd edək ki, 2,5 mln. nəfərdən çox abunəçisi və 200-dən çox tərəfdaşı olan "Ulduzum" bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramının tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda da ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.

"Ulduzum" proqramından istifadənin daha asan olması məqsədilə abunəçilərin istifadəsinə verilmiş "Bakcell" "Ulduzum" mobil tətbiqetməsini (həm "iOS", həm də "Android" platforması üçün) www.ulduzum.az saytından yükləmək olar.

Son xəbərlər

Orphus sistemi