"Bakcell" Sumqayıtda yeni Satış və Xidmət Mərkəzi açıb

"Bakcell" Sumqayıtda yeni Satış və Xidmət Mərkəzi açıb Şirkət satış və xidmət şəbəkəsini daha da genişləndirəcək
İKT
18 Noyabr , 2016 18:39
Bakcell Sumqayıtda yeni Satış və Xidmət Mərkəzi açıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkəti xidmət və məhsullarını abunəçilərinə yaxın etmək məqsədilə Sumqayıt şəhərində sayca 3-cü Satış və Xidmət Mərkəzini (SXM) açıb. 

"Report"un məlumatına görə, "Bakcell" abunəçiləri şəhərin Üzeyir Hacıbəyov küçəsində (Şərq bazarının yanında) yerləşən yeni konsept və dizaynlı SXM-də xidmət və məhsullar haqqında məlumat əldə etməklə yanaşı, satışda olan müxtəlif mobil cihazları sınaqdan keçirə bilərlər.

"Sumqayıt bizim abunəçi bazasının çox geniş olduğu şəhərlərdən biridir. Açılışına toplandığımız bu yeni SXM Azərbaycanda ən böyüyüdür. İnanırıq ki, şəhər sakinləri və qonaqlar bu mərkəzdə xidmətlərimizdən rahatlıqla faydalanacaqlar" - "Bakcell"in baş icraçı direktoru Nikolai Bekers bildirib.

Qeyd edək ki, hazırda "Bakcell"in paytaxt və bölgələrdə 30 SXM-si abunəçilərinə xidmət göstərir. Şirkət onların sayını bir qədər də artıracaq.

Son xəbərlər

Orphus sistemi