Yuxarı
    Bağlamaq

    "​Bakcell" şirkəti "Applab" layihəsinin bir illiyini qeyd edir - FOTO

    Bu günə qədər layihədə təqdim olunan 100-dən çox ideyanın 10%-ı qəbul edilib

    Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru və aparıcı mobil internet provayderi olan "Bakcell" şirkəti gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində 2014-cü ilin sentyabr ayında start verilmiş “AppLab” innovativ mobil developer layihəsinin bir illiyini qeyd edir.

    "Report" xəbər verir ki, “AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Ötən bir il ərzində proqram gənc yerli developerlərin öz ideyalarını yerli və beynəlxalq səviyyəli mobil applikasiyalara tətbiq etmələri üçün unikal bir mühit olduğunu sübut edib. Bu günə qədər “Applab” layihəsi çərçivəsində təqdim olunan 100-dən çox ideyanın qəbul əmsalının 10%-dən az təşkil etməsi yalnız keyfiyyətli ideyaların seçilməsi üçün zəmin yaradıb.

    Bir müddət bundan öncə, 2015-ci ilin iyununda Bakcell “Applab” layihələri sırasında "Betchlip" (https://bethclip.com) və "xercim.az" (http://xercim.az) mobil proqramlarını təqdim edib. Yaxın gələcəkdə “Applab” iştirakçıları tərəfindən hazırlanan daha çox tətbiqetmələr bazara təqdim olunacaq.

    "Bakcell" şirkəti Azərbaycanda mobil proqram tərtibatı sahəsinin zəruri şəraitlə təmin olunması istiqamətində əlindən gələni edir. Məqsəd mobil proqram tərtibatçılarının öz həmkarları ilə təcrübə mübadiləsi apara biləcəyi lazımi mühit yaratmaqdır. Bununla yanaşı, Bakcell şirkəti mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin edir.

    “Applab” icmasına qoşulmaq istəyən gənc developerlər http://applab.bakcell.com/registration/ linkinə daxil olub qeydiyyatdan keçməklə ideyalarını təqdim edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi