"Bakcell" rouminqdə internetin qiymətini 99 dəfə endirib

"Bakcell" rouminqdə internetin qiymətini 99 dəfə endirib Artıq müştərilər internetdən 1 MB/qəpik qiyməti ilə istifadə edə bilər
İKT
13 Oktyabr , 2016 17:31
Bakcell rouminqdə internetin qiymətini 99 dəfə endirib

Bakı. 13 oktyabr. REPORT.AZ/ İşdən xaricə ezamiyyətə getmisiniz, yaxud gələcəyinizə investisiya qoymaq üçün hansısa inkişaf etmiş ölkədə bir aylıq seminarda iştirak edirsiniz... Payız fəslinin romantikasının dadını çıxarmaq üçün yolunuzu hansısa Avropa ölkəsindən salmaq imkanınız da var. Ya da heç uzağa getməyək, fərqli məkanda dincəlmək üçün yolunuz Türkiyə, ya da Rusiyanın hansısa kurort zonasından keçir. Bütün bunlar gözəldir. Amma hər gün xaricdən yaxınlarınızla heç olmasa “Whatsaapp”la, “Skype”la əlaqə saxlamağınız vacibdir. Çünki siz həyat yoldaşısınız, atasınız, anasınız, övladsınız, hansısa şirkətdə menecer, ya da işçisiniz. Yaxınlarınızla əlaqə saxlamaq, iş yoldaşlarınızın işlə bağlı suallarını cavablandırmaq üçün rouminqdə olarkən mobil İnternetinizdən istifadə etməlisiniz, amma...

Xaricdə olsanız da, gündə bir neçə dəfə “Facebook” hesabınızı, “Whatsapp”ınızı, “İnstagram” səhifənizi yoxlamalısınız. Əks təqdirdə, hansısa maraqlı statusu, mesajı qaçıra bilərsiniz. Hələ yaşıllıqla əhatələnmiş gölün sahilindəki skamyada, qədim tarixi abidənin yanında, iştirak etdiyiniz tədbirdə şəkil, yaxud video çəkdirmək və bunu dostlarla paylaşmaq, sonra da laykları hesablmaq, yazılan statusları cavablandırmaq var. Bunun üçün də rouminqdə olarkən mobil İnternetinizdən istifadə etməlisiniz, amma...

Nə olsun ki, ölkədən kənardasınız, işdə deyilsiniz. Yenə vərdişinizə sadiq qalaraq səhər-səhər heç olmasa 30 dəqiqənizi saytlarda keçirməli, dünyada və Azərbaycanda baş verənlərə göz atmalısınız. Bunun üçün də rouminqdə olarkən mobil İnternetinizdən istifadə etməlisiniz, amma...

Əmması odur ki, könlünüzdən bütün bu sadaladıqlarımızı etmək keçirsə, İnternetə bilet pulu qədər əskinas xərcləməlisiniz - əgər daim müştərilərinin maraqlarını diqqətdə saxlayan “Bakcell”in müştərisi deyilsinizsə...

Yəqin yatsanız yuxunuza da girməzdi ki, rouminqdə olarkən mobil internetin qiyməti Azərbaycandakı kimi dəyişməz qalır. Necə?

Mobil internet istifadəsinin daha rahat və sərfəli olması məqsədilə mütəmadi yeniliklərə imza atan “Bakcell” bu dəfə xaricə səfər edən müştərilərini yaddan çıxarmayıb. “Bakcell”ə yaxın olanların xoş anlarını öz yaxınları ilə bölüşmək, sosial şəbəkələrdə dostlarını izləmək, şəkil, video paylaşmaq, xəbər saytlarını izləmək, bir sözlə, İnternetdən istədikləri qədər və istədikləri məqsədlər naminə istifadə etmək şansı böyükdür. Əgər mobil İnternetin qiyməti dəyişməz olaraq qalırsa, niyə də bu şansı dəyərləndirməyəsiniz və xaricdə səfərdəykən İnternetdən vətəndəki kimi gen-boluna istifadə etməyəsiniz.

Əvvəllər rouminq istifadəçisi kimi 1MB üçün ən az 1 manat xərcləyirdinizsə, indi 99 dəfə az, cəmi 1 qəpik kifayətdir. Azərbaycanda ilk mobil operatoru olan “Bakcell”, abunəçilərinə rouminqdə 1MB İnternetin qiymətini cəmi 1 qəpiyə təşkil edir.

Artıq sərhədi keçərkən xarici ölkələrdəki mobil operatorların nömrələrini almaq vərdişini tarixə qovuşdura bilərsiniz. Çünki xarici ölkələrdə təkcə nömrənin alınması abunəçiyə 10-30 avroya başa gəlir, hələ nömrənin balansını artırmaq üçün xərcləyəcəyiniz puldan danışmırıq. “Bakcell”in təklif etdiyi paket üçün isə təxminən 10 manat xərciniz çıxacaq, bu da təxminən 5 avroya bərabərdir.

Sözügedən paketə qoşulmaq üçün sadəcə, getdiyiniz ölkədə rouminq operatorunu seçməli və *125*1000# YES yığıb təklifi aktivləşdirməlisiniz. Bu təklifdən bütün “Bakcell” abunəçiləri faydalana bilər. Təklifi aktivləşdirəndə balansınızdan 1000 MB İnternet üçün 10 manat çıxılacaq və 30 gün müddətində aldığınız İnternet paketindən geninə-boluna istifadə etmək imkanı qazanırsınız. Yəqin təsəvvür edirsiniz, cəmi 10 manatla 1 ay xaricdə mobil İnternetdən istifadə nə deməkdir.

İstədiyiniz vaxt balansınızı yoxlamaq şansınız da var. Bunun üçün *125*559 # YES yığmalısınız. Təklifdən Amerika, Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniya, İspaniya, İtaliya, Macarıstan, Niderland, Rumıniya və digər ölkələrdə yararlana bilərsiniz (daha ətraflı məlumat üçün http://www.bakcell.com/az/1000mb-in-roaming-cedvel).

İnternetdən danışıb sürətdən danışmasaq günah olar. Bu paketin istifadəsi mümkün olan ölkələrdə və operatorlarda çoxdan 4G şəbəkəsi istifadəyə verilib və “Bakcell”in onlarla 4G rouminq müqaviləsi var. Bu da o deməkdir ki, sizin mobil operatorunuz olan “Bakcell”, Azərbaycanda olduğu kimi, xaricdə də müştərilərini yüksək keyfiyyətli mobil internet xidmətləri ilə təmin edir.

Daim müştərilərinin maraqlarını diqqətdə saxlayan “Bakcell” onların rahatlığı üçün yeniliklərə imza atmağa davam edir...

Son xəbərlər

Orphus sistemi