Yuxarı
    Bağlamaq

    "Bakcell"in "BakuTel 2016" stendində texnologiya, əyləncə və idman nümayiş olunur

    Şirkətin builki stendində müxtəlif uduşlu oyun və viktorinalar keçirilən 8 guşəsi var

    Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti noyabrın 29-dan dekabrın 2-dək davam edəcək “BakuTel 2016” sərgisində hər il olduğu kimi, bu il də stendində ən son texnologiyalara əsaslanan xidmət və məhsullarını nümayiş etdirir.

    “Report” xəbər verir ki, bu ilki sərgidə “Bakcell”in stendində “Ulduzum”, “Bakcell Bussiness”, “Nomrem.bakcell.com”, “Virtual Reallıq”, “Bakcell Arena”, “PES2017 yarışması”, “Applab” və “Sür@” guşələri təşkil olunub.

     “Bakcell”in baş marketinq və satış direktoru Fedja Hadziç bildirib ki, regionun ən böyük tədbirlərindən biri hesab edilən “BakuTel” sərgisi 20 ildən çoxdur ölkənin telekommunikasiya və informasiya texnologiyaları sahəsinin güzgüsü rolunda çıxış edir: "Bu il 20 illiyini qeyd edən “Bakcell” ənənəvi qaydada bu önəmli tədbirdə iştirak edir. Beynəlxalq nüfuzlu “BakuTel”də iştirak bizə öz məhsul və xidmətlərimizi nümayiş etdirmək və yeni tərəfdaşlıqların qurulmasında mühüm rol oynamaqla yanaşı abunəçilərimizlə birbaşa ünsiyyət üçün tam fərqli şərait yaradır. İnanırıq ki, sağlam rəqabət üçün özünəməxsus biznes-platformaya çevrilən bu tədbir hər il olduğu kimi, bu il də yüksək səviyyədə təşkil olunacaq və iştirakçılarla yanaşı, ziyarətçilər üçün məhsuldar olacaq.”

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi