Yuxarı

"Bakcell"in abunəçiləri Türkiyədə də endirimdən faydalanacaqlar

Abunəçilər bu gündən etibarən Ulduzum endirimlərindən Türkiyədə də istifadə edə bilərlər

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti “Ulduzum” endirimlərinin bu gündən etibarən Türkiyədə istifadə edilə biləcəyini elan edib. “Report”a şirkətdən bildirilib ki, “Ulduzum” proqramının beynəlxalq tərəfdaşlar siyahısında ilk olan “Avis” avtomobil icarə şirkəti Türkiyədə bütün xidmətlərinə 15% endirim təklif edib. “Bakcell”in “Ulduzum” üzvləri qonşu ölkədə olarkən endirim kodunu təqdim etməklə bu endirimlərdən faydalana biləcəklər.

“Ulduzum” proqramının Türkiyədəki ikinci tərəfdaşı “Beymen” mağazalar şəbəkəsidir. Yeni imzalanacaq tərəfdaşlıq müqaviləsinin şərtlərinə əsasən, “Ulduzum” abunəçilərinə “Beymen” şəbəkəsi tərəfindən bütün mallara 10% endirim təqdim ediləcək. 

Qeyd edək ki, 1,9 mln. nəfərdən çox abunəçisinə “Ulduzum” bu gün müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edir. Eyni zamanda abunəçiləri və “Ulduzum” proqramının tərəfdaşları olan müəssisələrin müştərilərinin loyallığını təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda ən yaxşı istehlakçı xidmətidir. “Bakcell” abunəçiləri xüsusi mobil applikasiya vasitəsilə, mövcud SMS və USSD əsaslı məlumat mübadiləsi ilə yanaşı, həm “iOS”, həm də “Android” platforması üzərindən “Ulduzum” endirimlərindən faydalanırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi