Yuxarı

"Bakcell" iki yeni mobil tətbiqini təqdim edib

Seçilmiş gənc proqramçılar məhsullarını sınamaq üçün ən müasir mobil telefon və planşetlərdən yararlanırlar

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti “Qualcomm” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində 2014-cü ilin sentyabr ayında start verilmiş “AppLab” innovativ mobil developer layihəsinin ilk iki məzun komandası tərəfindən yaradılmış mobil tətbiqləri təqdim edir.

"Report"un  verdiyi xəbərə görə, birinci mobil tətbiq "Bethclip" adlanır (https://bethclip.com). "Bethclip" istənilən kontenti (mətn, şəkil, media, fayl) istənilən platformalar (Android, iOS, Windows, Mac OSX) arasında bir cihazdan digərinə bir kliklə ani olaraq köçürmək imkanı yaradır.

"Bethclip" mobil tətbiqini "Android" platformalı cihazlar üçün "Google Play Store"a daxil olaraq https://play.google.com/store/apps/details?id=com.bethclip.android linkindən, "Apple Store"dan isə https://itunes.apple.com/us/app/bethclip-clipboard-sync/id957669022 linkindən yükləmək olar. Mübadilə buferinin ani sinxronlaşdırılması xassəsinə malik olan bu tətbiq gündəlik işlərə rahatlıq və komfort gətirə biləcək birklikli inqilabi həllərdən biridir.

Gənc məzunlar komandası tərəfindən təqdim olunan daha bir maraqlı ideya xərcim.az mobil tətbiqidir (http://xercim.az). "Xərcim.az" layihəsi hazırda bazarda mövcud olan bütün endirim, bonus, kupon və ümumilikdə loyallıq sistemlərini bir yerdə toplayaraq, həmin sistemlər, istifadəçilərə verilən üstünlüklər, xüsusi və toplu təkliflər, qənaət etmə yolları və tərəfdaşlar haqqında məlumat bazasından ibarət mobil tətbiq və proqram təminatıdır. "Xərcim.az" mobil tətbiqini "Google Play Store"da (https://play.google.com/store/apps/details?id=az.xercim) yükləmək olar.

“AppLab” ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Bu layihənin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirmələrinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqlərini yaratmalarına kömək edən effektiv alətlərin təmin edilməsidir.

"Azərbaycanda smartfon istifadəçilərinin artan tələbatını təmin etmək üçün "Bakcell" developerlərə dəstək məqsədini daşıyan "Applab" layihəsini təqdim edib. Bununla yanaşı, bu yaxınlarda "Bakcell" öz "Rouminq" və "Ulduzum" mobil tətbiqlərini də istifadəyə verib və bu tətbiqlər yerli bazarda ən çox istifadə olunan tətbiqlərin ilk onluğuna daxildir. Yaxın gələcəkdə daha çox "Applab" layihələrini təqdim edə biləcəyik”, - “Bakcell”in baş icraçı direktoru Riçard Şirer bildirib.

Qeyd edək ki, 2014-cü ilin sentyabr ayından indiyə kimi "Applab" layihəsində iştirak etmək üçün 102 ərizəçi qeydiyyatdan keçib. Seçilmiş 56 namizəd arasından təqdim olunmuş 25 ideyadan 15-i "Applab" İdarə Heyəti tərəfindən bəyənilib və onlardan 6-sı proqramda iştirak etmək hüququ qazanıb.

Layihə çərçivəsində gənc proqramçılar "Bakcell"in "Sahil" ofisində istifadəyə verilmiş "Bakcell/Qualcomm Applab" ofisindən istifadə edərək pulsuz internet, ofis və təlimlər üçün nəzərdə tutulmuş məkandan və mühitdən, eyni zamanda, məhsullarını sınamaq üçün ən müasir mobil telefon və planşetlərdən yararlanırlar.

"Applab" layihəsində iştirak etmək üçün gənc developerlər http://goo.gl/6nrfkF linkinə daxil olub, qeydiyyatdan keçməli və yaxud öz CV və ideyalarının təsvirini applab@bakcell.com ünvanına göndərməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi