“Bakcell” "Gənclərin Karyera və İnkişaf Mərkəzi" layihəsinin qaliblərini mükafatlandırıb

“Bakcell” "Gənclərin Karyera və İnkişaf Mərkəzi" layihəsinin qaliblərini mükafatlandırıb Bakı. 17 noyabr. REPORT.AZ/ Bakcell şirkətinin təşkil etdiyi Gənclərin Karyera və İnkişaf Mərkəzi layihəsinin qaliblərinə mükafatlar təqdim edilib.
İKT
17 Noyabr , 2017 19:31
“Bakcell” Gənclərin Karyera və İnkişaf Mərkəzi layihəsinin qaliblərini mükafatlandırıb

Bakı. 17 noyabr. REPORT.AZ/ "Bakcell" şirkətinin təşkil etdiyi "Gənclərin Karyera və İnkişaf Mərkəzi" layihəsinin qaliblərinə mükafatlar təqdim edilib.

"Report" xəbər verir ki, layihədə "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası İctimai Birliyinin himayəsində böyüyən və digər internat müəssisələrindən məzun olan gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən "Bakcell" şirkətinin baş icraçı direktoru Nikolay Bekers bildirib ki, Şirkət artıq uzun illərdir valideyn himayəsindən məhrum olan uşaqlara dəstək göstərir: "Bakcell" və "SOS Uşaq Kəndi" əməkdaşlığa uzun illər öncə başlayıb. Sevindirici haldır ki, bu əməkdaşlıq davamlı xarakter daşıyıb və gənclərə bizneslərini qurmağa yardım etmək mərhələsinə çatıb. Öz ideyalarını həyata keçirtməyə cəsarət tapan gəncləri təbrik edirəm".

Tədbirdə çıxış edən qonaqlar layihənin önəmindən bəhs edərək belə layihələrin təşkilinin vacibliyini vurğulayıblar.

Daha sonra qaliblər Vüsal Məmmədov "Çay evi", Mehri Yoldaşova "Şirniyyat evi" və Seymur Kərimli "Gül dükani" layihələrinə görə mükafatlandırılıblar.

Qeyd edək ki, layihənin ötən il keçirilən birinci mərhələsində 15 gənc "Öz biznesinə başla və təkmilləşdir" adlı təlimlərdə iştirak edib. Onların 6 nəfəri öz ideyalarının biznes planını hazırlayıb. Layihələr "Bakcell"in və "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının və Beynəlxalq Əmək Təşkilatının ekspertlərindən ibarət Qiymətləndirmə Komissiyası tərəfindən qiymətləndirilib. 

Son xəbərlər

Orphus sistemi