“Bakcell” gənc proqramçıların layihələrini nümayiş etdirir

“Bakcell” gənc proqramçıların layihələrini nümayiş etdirir Bakı. 8 dekabr. REPORT.AZ/ “Bakcell” MMC-nin “BakuTel-2017” sərgisindəki stendində açılmış “AppLab” guşəsində şirkətin dəstəyi ilə bütünlüklə gənc yerli proqram tərtibatçıların layihələşndirərək ərsəyə gətirdiyi mobil tətbiq, “tamamlanmış reallıq” (Augmented Reality) layihəsi, onlayn platforma və İOT (Əşyaların İnterneti) startapı sərgilənir. 
İKT
8 Dekabr , 2017 13:10
“Bakcell” gənc proqramçıların layihələrini nümayiş etdirir

Bakı. 8 dekabr. REPORT.AZ/ “Bakcell” MMC-nin “BakuTel-2017” sərgisindəki stendində açılmış “AppLab” guşəsində şirkətin dəstəyi ilə bütünlüklə gənc yerli proqram tərtibatçıların layihələşndirərək ərsəyə gətirdiyi mobil tətbiq, “tamamlanmış reallıq” (Augmented Reality) layihəsi, onlayn platforma və İOT (Əşyaların İnterneti) startapı sərgilənir. 

Bu barədə “Report”a "Bakcell"dən bildirilib.  

Məlumatda deyilir ki, bu il “AppLab” mərkəzində inkubasiya prosesindən keçmiş bu layihələrin bəziləri artıq "Android" və "iOS" əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

“Biz tam olaraq Azərbaycan developerlərinin yaratdığı bu innovativ mobil tətbiqləri və İT sahəsində digər yenilikləri “BakuTel-2017” sərgisində stendimizi ziyarət edən qonaqlara nümayiş etdirməkdən qürur duyuruq. “Bakcell” şirkəti daha çox maraqlı “start-up”ların, proqram tərtibatçılarının və qrupların üzə çıxarılmasına çalışır ki, onların istedadlarını bütün dünyaya tanıtsın, onların öz ideyalarını reallaşdırmasına və bunun üçün maliyyə və investisiya mənbələrini tapmalarına kömək etsin. Bizim “AppLab” akselerasiya və inkubasiya proqramımız fəaliyyətə başladığı vaxtdan aparat vasitələri və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını “Bakcell” şirkətinə təqdim edib şirkətdən dəstək ala bilirlər. Məqsədimiz yerli gənc istedadların öz “start-up” layihələrini həyata keçirə bilməsinə kömək etmək və beləliklə də Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəmizi verməkdir. Və mən düşünürəm ki, bu nüfuzlu beynəlxalq sərgi onların nailiyyətlərini layiqincə qeyd etmək üçün ən gözəl məkandır”, - deyə “Bakcell” şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.

Qeyd edək ki, hazırda “Bakcell”in stendində “ARzoom”, “MoodMusic” və “Cinemania.az” adlı layihələr nümayiş olunur.

Son xəbərlər

Orphus sistemi