Yuxarı

"Bakcell" 14 ölkədə 4G rouminq xidmətini aktivləşdirib

Bu rouminq xidmətindən istifadə üçün qiymətlər 3G xidmətində olduğu kimi qalacaq

Bakı. 4 iyul. Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti yüksək sürətli LTE mobil interneti təqdim etməsinin ardından qısa müddət ərzində dünyanın 14 ölkəsində 4G rouminq xidmətini aktivləşdirib. 

"Report" xəbər verir ki, 2015-ci ilin may ayında smartfonlara uyğunlaşdırılmış LTE xidmətini istifadəyə verən "Bakcell" şirkəti hazırda Azərbaycanda abunəçilərə 4G rouminq xidmətlərini təqdim edən yeganə mobil operatordur.

Belə ki, "Bakcell" abunəçiləri ölkə xaricində olarkən yüksək sürətli 4G LTE xidmətlərindən yararlana biləcəklər. Bundan əlavə, 4G rouminq xidmətindən istifadə üçün qiymətlər 3G xidmətində olduğu kimi qalacaq.

"Bakcell" 4G rouminq xidmətinin mövcud olduğu ölkələrin və operatorların siyahısı:

N Ölkə Operator
1. ABŞ AT&T network
2. Belçika Belgacom Proximus
3. Çexiya Respublikası Vodafone
4. Yunanıstan Vodafone Panafon
5. İrlandiya Vodafone
6. İtaliya Vodafone
7. Portuqaliya Vodafone
8. Rumınya Vodafone
9. Rusiya MTS, Megafon
10. Cənubi Afrika Vodafone
11. İspaniya Vodafone
12. Niderland Vodafone
13. Böyük Britaniya Vodafone
14. Cənubi Koreya Korea KT Corporation

Eyni zamanda, "Bakcell" Azərbaycanda yeganə mobil operatordur ki, yuxarıda qeyd olunan ölkələrdən Azərbaycana səfər edənlərə 4G LTE rouminq xidməti göstərir. 

“Bu gün Azərbaycan mobil operatorları arasında yalnız "Bakcell" abunəçiləri 4G rouminq xidmətindən faydalana və Azərbaycanda 4G xidmətindən faydalanmaq istəyən xarici operatorların abunəçiləri "Bakcell" şəbəkəsini seçə bilərlər. Hazırda bu xidmət Azərbaycandan kənarda istirahət edənlər və ya ezamiyyətdə olan korporativ abunəçilərimiz arasında sürətlə populyarlaşır. Bakıda 4G xidmətinin əhatə dairəsini genişləndirməklə yanaşı biz abunəçilərə LTE xidmətini təqdim edən ölkələrin sayını da artırırıq”, - deyə "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

Hazırda "Bakcell" abunəçiləri ümumilikdə 168 ölkədə 417 mobil operatorun şəbəkəsində rouminq xidmətindən istifadə edə bilirlər.

Xarici səfərdə olan abunəçilər "Bakcell Rouminq" applikasiyasından istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, sms və internet qiymətləri və cari rouminq kampaniyaları haqqında bütün məlumatları əldə edə, eyni zamanda, “Bakcell”lə onlayn əlaqə yaradaq dəstək ala bilərlər. 4G rouminq xidmətinin partnyorların siyahısı barədə məlumat da "Bakcell Rouminq" applikasiyasından əldə oluna bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi