Yuxarı

​“Bakcell” “AzEduNet” ilə əməkdaşlığı gücləndirir

Şirkətlər birlikdə ölkə ərazisində 500-dən artıq məktəbi internetə çıxışla təmin edib

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycanın İlk Mobil Operatoru “Bakcell” şirkəti ölkədə təhsil sahəsində ən böyük internet provayderi olan "AzEduNet" şirkəti ilə əməkdaşlığını davam etdirir. Şirkətdən “Report”a bildirilib ki, bu əməkdaşlıq sayəsində respublikanın texniki imkanların məhdud olduğu müxtəlif ucqar ərazilərində 500-dən artıq məktəb “Bakcell”in təqdim etdiyi 3G interneti vasitəsilə təhsil şəbəkəsinə qoşulub.

“O zaman Bakıda və regionlarda 40-a yaxın əməkdaşımızı mobil internet və mobil rabitə ilətəmin etmək üçün bizə geniş əhatə dairəsi və sərfəli qiymət təklif edə bilən mobil operator tələb olunurdu. Dəyərləndirdiyimiz şirkətlər arasında bu tələblərə ən yaxşı cavab verəni “Bakcell” idi. Biz korporativ tərəfdaş kimi “Bakcell”i seçməyimizdən məmnunuq. Çünki bu günə kimi şirkət tərəfindən göstərilən xidmətin səviyyəsi, şəbəkənin keyfiyyəti və qiymət siyasəti korporativ abunəçi kimi bizi tam şəkildə qane edir”,- deyə "AzEduNet" şirkətinin Şəbəkə Dəstəyi Departamentinin qrup rəhbəri Əli Həsənov vurğulayıb.

Ə.Həsənov qeyd edib ki, korporativ seqmentdə qurulan əməkdaşlıq yalnız mobil operator və müştəri münasibətləri çərçivəsində məhdudlaşmayıb: “Getdikcə münasibətlər daha böyük tərəfdaşlığa çevrilib. 2013-cü ildən isə regionların ucqar kəndlərində yerləşən və heç bir telekommunikasiya vasitələri olmayan məktəbləri və “Distant təhsil” layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqları Azərbaycan Təhsil Şəbəkəsinə qoşmaqməqsədini qarşıya qoyduq. Bunun üçün isə ölkənin ən ucqar yerlərində mobil rabitəni və müasir telekommunikasiya həllərini təmin edən mobil şəbəkəyə ehtiyacımız var idi. Bu layihənin yüksək texniki tələblərinə isə məhz “Bakcell” cavab verə bildi”.

“AzEduNet” şirkəti bizim təhsil sahəsindəki ən böyük tərəfdaşımızdır. “Bakcell” şirkəti hər bir korporativ müştəriyə fərdi yanaşır və onların istəklərinə uyğun olan ən yaxşı təklif hazırlayır. “AzEduNet”lə əməkdaşlığımız artıq 7 ildir ki, davam edir. Biz birlikdə ölkə ərazisində 500-dən artıq məktəbi internetə çıxışla təmin etmişik. Bu, çox uğurlu bir layihədir. Biz gələcəkdə bu məktəblərin sayını artırmağı düşünürük”,- deyə "Bakcell" şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi