Yuxarı

​“Bakcell” abunəçiləri "Facebook"dan pulsuz istifadə edəcəklər

Şirkət Novruz bayramının gəlişi münasibətilə yeni kampaniya həyata keçirir

Bakı. 2 mart. REPORT.AZ/ “Bakcell” şirkəti Novruz bayramının gəlişi münasibətilə martın 1-dən 31-dək yeni kampaniya həyata keçirir. “Report” şirkətə istinadən bildirir ki, bu müddət ərzində şəbəkəyə qoşulan yeni abunəçilər "Facebook" tətbiqinə 6 aylıq pulsuz çıxış imkanı əldə edəcəklər. Bunun üçün abunəçilər sadəcə əvvəlcədən ödənilən (“prepaid” ) “Bakcell SİM” kartını almalı və *515*1#YES kodunu yığaraq bu kampaniyaya qoşulmalıdır. Yeni kampaniya şəbəkədən istifadə edərkən pula qənaət etməyə imkan yaradacaq.

CIN və ya Klass tarif paketlərinin hər hansı birindən istifadə edən mövcud “Bakcell” abunəçiləri də sadəcə *515*1#YES kodunu yığaraq bu kampaniyadan faydalana biləcəklər. Bu halda nömrənin balansından 0.99 manat məbləğində birdəfəlik haqq çıxılacaq. "Facebook"a pulsuz çıxış imkanı 6 ay ərzində aylıq olaraq, nömrənin balansına hər ay 3 manat vəsait yükləmək şərti ilə təqdim edilir.

"Facebook"a pulsuz çıxış qaydası "Facebook" tətbiqinin və "Facebook Messenger" tətbiqinin bütün istifadə növlərinə (o cümlədən, FB Messenger tətbiqi vasitəsilə mesajlaşma, fotoşəkil və fayl paylaşma xidmətlərinə) şamil edilir. "Facebook" tətbiqindən başqa, səhifələrə yönləndirmə, eləcə də "Facebook Messenger" vasitəsilə edilən səsli və video zənglərə görə adi qaydada haqq tutulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi