Yuxarı

"Bakcell" abunəçiləri ​BƏƏ-də internetdən 1 MB/qəpik tarifi ilə istifadə edəcəklər

Bu təklifdən yararlanmaq üçün abunəçilər *125#1000#YES yığaraq rouminq internet paketini aktivləşdirməlidir

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti Yaxın Şərq bölgəsinin aparıcı telekommunikasiya operatoru - “Etisalat” şirkəti ilə yeni razılaşma imzalayıb. "Bakcell"dən "Report"a daxil olan məlumata görə, bu razılaşmanın şərtlərinə əsasən, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edən "Bakcell" abunəçiləri Türkiyə, Macarıstan, Almaniya, Böyük Britaniya və digər 19 ölkədə olduğu kimi hər 1 MB trafik üçün cəmi 1 qəpik ödəyərək yüksəksürətli internetdən istifadə etmək imkanına malik olacaqlar. Bu təklifdən yararlanmaq üçün abunəçilər sadəcə *125#1000#YES yığaraq rouminq internet paketini aktivləşdirməlidir.

“Hazırda abunəçilərimiz ümumilikdə 168 ölkədə 417 mobil operatorun şəbəkəsində rouminq xidmətindən istifadə edə bilirlər. "Bakcell" olaraq, bu siyahını genişləndirməklə yanaşı, abunəçilərimizin rabitə xidmətlərindən və yüksəksürətli internetdən daha ucuz və münasib tariflərlə istifadə edə bilməsinə imkan yaradan ən sərfəli təklifləri təmin etmək üçün mövcud rouminq tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Yeni imzaladığımız razılaşma bu istiqamətdə atdığımız daha bir addımdır”, - deyə "Bakcell" şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.

Qeyd edək ki, xarici səfərdə olan abunəçilər “Bakcell Roaming” mobil tətbiqindən istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və internet qiymətləri və rouminq xidməti üzrə cari kampaniyalar haqqında bütün məlumatları əldə edə, eyni zamanda, "Bakcell"lə onlayn əlaqə yaradaq dəstək ala bilərlər. Bundan əlavə, abunəçilər bu tətbiqin vasitəsi ilə öz nömrələrinin balansını asanlıqla artıra bilərlər. “Bakcell Roaming” mobil tətbiqi haqqında daha ətraflı məlumat üçün www.bakcell.com/az/bakcell-rouminq-ap linkinə daxil olmaq lazımdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi