Yuxarı

“Bakcell” abunəçilərə yeni internet tarifləri təqdim edib

Şirkət smartfonlar üçün təklif etdiyi internet paketlər çeşidini daha sərfəli edib

Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti müxtəlif müştəri qruplarının ehtiyaclarına uyğun olaraq geniş çeşidli internet paketlərini gündəlik 25 MB üçün 0,10 manatdan başlayan qiymətlə, həmçinin müxtəlif trafik həcmli və limitsiz paketlərini təklif edir.

Şirkətdən “Report”a bildirilib ki, “Bakcell” smartfonlar üçün təklif etdiyi internet paketlər çeşidini daha sərfəli edib. Belə ki, şirkət paketlərin qiymətini artırmadan, müştərilərə eyni qiymətə ikiqat həcmə qədər internet təqdim edir. Adətən limitsiz internet paketlərinin təyin edilən meqabayt kvotası başa çatanda internet sürəti da aşağı düşür. İndi isə kvota başa çatdıqda “Bakcell”in avtomatik “Yüksək sürət” xidməti sayəsində abunəçilər hər 100 MB üçün sadəcə 0,89 manat ödəməklə aylıq limitsiz paketin növbəti yenilənməsinə qədər internetdən yüksək sürətlə istifadə edə biləcəklər.

"Bakcell" ölkənin aparıcı mobil internet provayderidir. Biz daim internet keyfiyyətini artırır, yeni məhsullar yaradır və qiymət planlarına daha çox dəyər qatır, müştərilərin ehtiyac və gözləntilərini ən yüksək səviyyədə qarşılamağa çalışırıq. İnternet tariflərinin ətraflı təhlili bizim üçün abunəçilərimizi sevindirməyə daha böyük imkanlar yaradır. Abunəçilərimiz daha az ödəməklə daha çox internet əldə etməyə layiqdirlər”, - deyə “Bakcell”in baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.

Qeyd edək ki, “Bakcell” “Carrier Aggregation” (tezlik daşıyıcılarının birləşməsi) texnologiyasından istifadə edərək dünya üzrə Kateqoriya 6 “LTE-Advanced” xidmətlərini göstərən 73 şəbəkədən biridir. Hazırda yenilənən “Bakcell” şəbəkəsi daha yüksək internet sürətini (225 Mbit/saniyə) dəstəkləməyə tam şəkildə hazırdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi