Yuxarı

​"Aztelekom" Birliyi MMC-yə çevrilib

Bu, sərərncama uyğun olaraq baş verib

Bakı. 9 iyul. REPORT.AZ/ "Aztelekom” İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevrilib. "Report" məlumat verir ki, bu haqda Azərbaycan qəzetində məlumat yerləşdirilib.

"Aztelekom” İB-nin MMC-yə çevrilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına uyğun olaraq həyata keçirilib.

Xatırladaq ki, 1996-cı ildə qeydiyyata alınmış "Aztelekom” İB Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxildir və Azərbaycan ərazisində (Bakı istisna olmaqla) stasionar telefon rabitəsinin təmin edilməsi ilə məşğul olur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi